Dünya 17:30 03.06.2018

Əsəd Pxenyana gedir: Kim Çenlə görüşəcək

Suriya prezidenti Bəşər Əsəd Şimali Koreya rəhbəri Kim Çen Inla görüşməyə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bu barədə Şimali Koreya mediası məlumat yayıb. Görüşün yaxın günlərdə Pxenyanda baş tutacağı bildirilir, lakin dəqiq tarix barədə məlumat verilmir. Əgər görüş reallaşsa, bu, bir ölkə rəhbərinin Şimali Koreyanın paytaxtına ilk ziyarəti olacaq.

Qeyd edək ki, Kim Çen Inın 12 iyunda Sinqapurda ABŞ prezidenti Donald Trampla görüşü planlaşdırılır.

Gülşən