Dünya 16:12 31.10.2019

Əsəd terrorçuları tək buraxdı, PKK lideri Məzlum Kobani ABŞ-a yalvardı

Suriya Müdafiə Nazirliyi terror təşkilatı SDQ-yə dövlət ordusuyla birləşmək təklif edib. 

Qaynarinfo xəbər verir ki, bu haqda Əsəd rejiminə bağlı SANA xəbər agentliyi məlumat verib. 

Məlumata görə, terror təşkilatı buna cavab olaraq öz veb saytında dərc etdiyi bir məqalədə rejimin istifadə etdiyi siyasi dilin narahatlıq doğurduğunu iddia edərək birləşmədən boyun qaçırıb. 

Terrorçulardan uyğunsuz cavab aldıqdan az sonra rejim Rasulaynın cənub şərqində "Barış pınarı” hərəkatının keçirildiyi Tel Temirdən qüvvələrini geri çəkərək YPG/PKK-çıları təkbaşına qoyub.

Bu arada Rusiyanın da Əsəd rejiminin qüvvələriylə birləşmək üçün YPG/PKK-ya israrlı mesajlar göndərdiyi məlum olub. Lakin hələlik istənilən cavab alınmayıb.

Əsl adı Fərhad Abdi Şahin olan terrorçubaşı Məzlum Kobani çətin vəziyyətə düşdükdən sonra Tvitterdən paylaşdığı son dəqiqə açıqlamasıyla rəsmən ABŞ-a yalvarıb:

"Türkiyə ABŞ ilə əldə edilən atəşkəs razılaşmasını pozaraq döyüşü davam etdirir. Türkiyə ekstremist qruplarla birlikdə xristian kəndlərini işğal etməyə başlayıb, indi isə yox olma təhlükəsi qarşısında qalan assur Tel Termir şəhərinə girməyə çalışır. ABŞ öz öhdəliklərini yerinə yetirməlidir”.

İngilis xəbər agentliyi "Röyter” isə bu arada Vaşinqtonun amerikan əsgərlərini Suriyadan çıxarmaqla bağlı qərar verdikdən sonra ilk dəfə ABŞ əsgərlərinin Türkiyə-Suriya sərhədində patrulluq etdiklərini iddia edib. 

Alpər