Dünya 15:32 29.05.2018

Əsəddən separatçılara dəstək: 2 qondarma respublikanı tanıdı

Suriya höküməti Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, diplomatik əlaqələrin qurulması üçün 18 aprel 1961-ci ildə diplomatik əlaqələrlə bağlı qəbul edilmiş Vyana konvensiyası və konsulluq əlaqələrinə dair 23 aprel 1963-cü tarixli Vyana konvensiyasına müraciət ediləcək. 

Artıq Gürcüstan Suriya ilə diplomatik əlaqələrin kəsilməsi ilə bağlı prosedura başlayıb. Bu barədə Gürcüstan xarici işlər nazirinin müavini David Dondua bildirib.
 
Qeyd edək ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyi Rusiya, Venesuela, Tuvali, Nikaraqua, Nauru, Vanuatu kimi ölkələr tərəfindən tanınıb.

Gülşən