Ölkə 09:23 27.11.2020

Əsirlikdən qayıtdı deyilən “Amin” əslində kim imiş? (FOTO)

Dünən axşamdan bəzi sosial media istifadəçiləri "Tik-tok"da video paylaşaraq "Amin əsirlikdən geri qayıtdı" deyə dezinformasiya tirajlayırlar.

Qaynarinfo Publika-ya istinadən xəbər verir ki, videodakı şəxs AzTV-nin əməkdaşı Cavad Ağayevin oğlu Nəriman Ağayevdir.

Nəriman da 44 günlük müharibənin aslanlarındandır. Sağ-salamatdır, hərbi hissəyə geri qayıdıb.

Tezliklə erməni əsirliyində olan bütün azərbaycanlıların, eləcə də Amin və Bayramın da azadlığa qovuşacağına inanırıq. /Publika.az