Foto 21:53 04.08.2019

Əsma Əsəd xərçəngə qalib gəldi (FOTOLAR)

Suriya prezidenti Bəşər Əsədin xərçəng xəstəliyindən əziyyət çəkən həyat yoldaşı Əsma Əsəddən xəbər var.

Qaynarinfo xəbər verir ki, Əsma Əsədin bir il davam edən müalicədən sonra onkoloji xəstəliyə qalib gəldiyi açıqlanıb. Bu barədə o, bu gün televiziyadakı açıqlamasında bildirib..

"Yolculuğun sonuna gəldim. Bütün yorgunluğum və acılarım keçib getdi. Allah şükür, hamısı geridə qaldı. Xərçəngə tamamilə qalib gəldim" deyə Əsma Əsəd bildirib.