Ölkə 22:32 15.05.2019

Essyen "Çelsi" fanatlarını Bakıya çağırdı

Qanalı məşhur futbolçu, hazırda Bakının "Səbail” klubunun şərəfini qoruyan Maykl Essyen "Çelsi" azarkeşlərinə müraciət edib. 

Qaynarinfo xəbər verir ki, futbolçu ingilis fanatları Avroliqanın Bakıda keçiriləcək final oyununa dəvət edib.

"Mən 3 aydır ki, burada (Bakıda-red) yaşayıram və ətrafım çox gözəldir. Bakılılar mehribandırlar. Bu şəhəri çox sevirəm. Mən bütün "Çelsi” fanatlarını Bakıya dəvət edirəm”, - Maykl Essyen "İnstagram" hesabında bildirib. 

Qeyd edək ki, peşəkar karyerasına "Bastiya”da başlayan Qana millisinin sabiq üzvü "Çelsi”, "Real" və "Milan" kimi klubların formasını geyinib. 37 yaşlı yarımmüdafiəçi "Çelsi”nin heyətində 168 matçda 19 qol vurub.