Ölkə 18:04 30.09.2020

“ESTET” MMC Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat köçürüb

"ESTET” MMC şirkəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 10 min manat köçürüb. 

Bu barədə Qaynarinfo-ya şirkətin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, "ESTET” MMC Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda ağır döyüşlərin getdiyi bu ərəfədə hər bir vətəndaşın, hər bir qurumun əsgər kimi çalışmalı olduğuna inanır:

"Hər kəs peşəsindən, sosial statusundan asılı olmayaraq Azərbaycanın haqlı davasında dövlətinin yanında olmalıdır. Hər bir Azərbaycan vətəndaşı üzərinə düşən məsuliyyəti böyük fəxrlə yerinə yetirməlidir".

"ESTET MMC”-nin əməkdaşları Ali Bas Komandan cənab İlham Əliyevin ilk cagırışı ilə əllərindən gələni etməyə hazır olduqlarını bəyan edirlər: "Vətənimizin əzəli torpaqlarının işğaldan azad olunması üçün gedən müharibədə "ESTET” şirkəti olaraq, biz də öhdəmizə düşəni etməyə hazır olduğumuzu göstərmək, Azərbaycan Ordusunun hərbi potensialının, maddi-texniki təchizatının, döyüş qabiliyyətinin daha da güclənməsinə dəstək olmaq üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 10 min manat vəsait köçürdük. İnanırıq ki, Azərbaycan Ordusunun qələbəsi üçün hər kəs əlindən gələni edəcək”, - deyə şirkətdən bildirilib.

İllərdir ölkəmizinin inkişafına öz töhfəsini verən "ESTET” MMC şirkəti iş adamlarına, imkanlı şəxslərə müraciət edərək, Vətənimizin ərazi bütövlüyünün bərpası üçün əllərindən gələni əsirgəməməyə çağırır. Bundan başqa, "ESTET MMC”-nin 3 əməkdaşı bu gun Qarabağın azad olunması üçün döyüşlərə yollanıb. "Onların maaşları saxlanılacaq. Bundan sonra döyüş əməliyyatları bitənə və ailələrinə geri dönənə qədər ehtiyacları sirkətimiz tərəfindən qarsılanacaq”, - deyə qurumun məlumatında vurğulanır. Torpaqlarımızın azad olunması üçün ordumuza dəstək olaq. Qələbə xəbərlərini eşidəcəyimiz günlər yaxındadır! Qələbə bizimlədir!