Video 14:20 30.12.2019

Estoniya ilə Rusiya arasında qalmaqal: “Moskva buna görə "maraqlı" cavab verəcək”

Moskva "Sputnik Estoniya” jurnalistlərinə qarşı hərəkətlərə "hərtərəfli və maraqlı" cavab verəcək. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bazar günü "Rossiya 1"-də Vladimir Solovyovun proqramında deyib.

Onun sözlərinə görə, Rusiya "Londonun media sferasında Estoniyaya təsirinin nə olduğunu" yaxşı başa düşür.

"Estoniya jurnalist birlikləri İngiltərədən maliyyələşən bu strukturlarla qəribə bir qarşılıqlı əlaqədədir və Rusiya informasiya təhdidinə qarşı necə davranacağına dair hesabat hazırlayırlar.  Küləyin hayandan əsdiyini bilmək lazımdır. Əlbəttə, külək Dumanlı Albiondan əsir”, - Zaxarova deyib.

Qeyd edək ki, "Sputnik Estoniya” əməkdaşları Estoniyanın Polis departamentinin və Sərhəd Qoşunlarının rəhbərliyi tərəfindən məktub alıb. Məktubda deyilir ki, 1 yanvar 2020-ci ilədək "Rossiya seqodnya” beynəlxalq agentliyi ilə iş əlaqələrini dayandırmasalar, onlara qarşı cinayət işi açılacaq.

Tallin öz hərəkətlərini Avropa İttifaqının 17 mart 2014-cü ildə Ukraynadakı hadisələr fonunda bəzi fiziki və hüquqi şəxslərə qarşı tətbiq etdiyi sanksiyalarla əsaslandırıb. "Rossiya seqodnya" və RT telekanalının baş redaktoru Marqarita Simonyan Estoniya prezidenti Kersti Kalyulayda müraciət edərək, jurnalistlərin həbsinə icazə verməməyə çağırıb.

"Sputnik Estoniya” ətrafındakı vəziyyəti şərh edən Vladimir Putin Rusiya hakimiyyətinin "Sputnik”in başqa ölkələrdə normal iş fəaliyyəti göstərməsi üçün əlindən gələn hər şeyi edəcəyini bildirib.

Alpər