Siyasət 20:00 01.06.2018

Etiraz aksiyaları bütün Gürcüstanı bürüyür

Gürcüstanın Qori şəhərindəki Dövlət universitetinin qarşısına toplaşan tələbələr etiraz aksiyası keçirirlər.

Virtualaz.org "Qruziya-Onlayn”a istinadən xəbər verir ki, aksiya iştirakçıları Xorava küçəsindəki qanlı qarşıdurma ilə bağlı şəhər məhkəməsinin qərarına etirazlarını bildiriblər və qısa müddətdə işin ədalətlə həll edilməsini tələb ediblər.

Xatırladaq ki, dünən Zaza Saralidzeyə dəstək aksiyaları Batumidə, Telavidə, Qurcaanidə, Zuqdididə və Qoridə keçirilib.