Video 10:39 03.04.2019

Etirazçılara helikopterdən atəş açıldı (VİDEO)

Venesuelanın Kabimas şəhərində etirazçılar atəşə tutulub.

Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, su və elektrik kəsintisinə etiraz edən kütlə helikopter vasitəsilə atəşə tutub. Şahidlərin çəkdiyi görüntülərdə atəş açıldığı və etirazçıların gizləndiyi görünür.

Hadisə nəticəsində ölü və yaralı qeydə alınmayıb.

Qeyd edək ki, mart ayında Venesuelada 4 dəfə irimiqyaslı enerji böhranı yaşanıb və ölkənin böyük hissəsi işıqsız qalıb. Hökumət rəhbərləri hadisəni təxribat adlandırıb və enerji blokuna edilən hücumla əlaqələndirib.


Gülşən