Ölkə 17:23 25.09.2020

ETSN-in 26 əməkdaşı koronavirusa yoluxdu, 1-i öldü

Pandemiya dövründə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 26 işçisi koronavirusa yoluxub.

Qaynarinfo xəbər verir ki, bunu Nazirliyin insan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli "Facebook" üzərindən yayımlanan "Ekspert saatı" verilişində deyib.

Onun sözlərinə görə, həmin şəxslər xəstəxanada və ev şəraitində müalicə olunublar: "Bir nəfər isə vəfat edib".