“Eurovision-2019”un qalibi bəlli oldu - VİDEO

“Eurovision-2019”un qalibi bəlli oldu - VİDEO

zİsrailin Təl-Əviv şəhərində keçirilən 64-cü "Eurovision” mahnı müsabiqəsinin final mərhələsi başlayıb. 

Qaynarinfo xəbər verir ki, bir neçə saatdan sonra müsabiqənin qalibi bəlli olacaq.

Finalda çıxış edəcək 26 ölkə isə bunlardı: Malta, Albaniya, Çex Respublikası, Almaniya, Rusiya, Danimarka, San Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Niderland, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstraliya, İspaniya.

Qeyd edək ki, Azərbaycanı müsabiqədə "Truth" mahnısı ilə Çingiz Mustafayev təmsil edir. 
 
***

Möhtəşəm açılış şousu ilə müsabiqəyə start verildi. 

Şounun aparıcıları Bar Rafaeli, Erez Tal, Assi Azar və Lusi Ayoubaya tamaşaçıları salamladı, səsvermə qaydalarını izah etdi.

***

492 xalla Hollandiya təmsilçisi Dunkan Laurens "Eurovision-2019” mahnı müsabiqəsinin qalibi oldu. 

Azərbaycan təmsilçisi Çingiz Mustafayev isə 297 xalla 7-ci yerdə qərarlaşdı. 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR