Foto 21:20 11.11.2017

“Eurovision” təmsilçimizin sevgilisi ilə görüntüləri yayıldı (FOTO/VİDEO)

Xəbər verdiyimiz kimi, Azərbaycanı bu il "Eurovision-2018” beynəlxalq mahnı müsabiqəsində Aysel Məmmədova adlı müğənni təmsil edəcək.

"Qaynarinfo" publika.az-a istinadən xəbər verir ki, özünəməxsus fərqli ifa tərzi olan 28 yaşlı təmsilçimizin sevgilisi ilə fotoları üzə çıxıb. İfaçının sevdiyi şəxsin adı Eldardır. O, qarfik dizayn işi ilə məşğul olur. Cütlük 4 ildən çoxdur ki, sevgilidir.

Xatırladaq ki, musiqiçi ailəsində doğulan Aysel 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel "Caspian Jazz & Blues Festival"(2002), Bakı Beynəlxalq Caz Festivalı (2005/2006), "MuzEnergo Festival of Music İmprovisation"(2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Qafqaz Caz Festivalı (2012) və "Jara-2017" festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub.

Aysel 2013-cü ildə tanınmış musiqiçilər Aleksandr Coppaloni və 2015-ci ildə isə Deborah J.Carterdən özəl dərslər alıb. Eyni zamanda Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində də iştirak edib.

Gözəlliyi ilə xüsusi diqqət çəkən Aysel həm pianoçu, həm vokalist, həm də bəstəkar kimi fəaliyyət göstərir.

Qaynarinfo.Az