Maqazin 09:40 20.05.2015

“Eurovision”da 10 finalçı müəyyənləşdi

Ötən gün Avstriyada “Eurovision-2015” mahnı müsabiqəsinin birinci yarımfinal konserti keçirilib. Anspress-in məlumatına görə, birinci yarımfinal mərhələsində 16 ölkənin təmsilçiləri çıxış edib. 

“Viener Şdathal” arenasında səhnəyə birinci Moldova təmsilçisi Eduard Romanyuta çıxıb. Daha sonra Ermənistan, Belçika, Niderland, Finlandiya, Yunanıstan, Estoniya, Makedoniya, Serbiya, Macarıstan, Belarus, Rusiya, Danimarka, Albaniya, Rumıniya və Gürcüstan təmsilçiləri öz ifalarını səsləndiriblər.

Çıxışlardan sonra 15 dəqiqə ərzində təmsilçilərə səslər göndərilib. Səsvermə nəticəsində 10 ölkə finala çıxmaq hüququ qazanıb. 

Birinci yarımfinalın ilk finalçıları bunlardır: 

Albaniya
Ermənistan
Rusiya
Rumıniya
Macarıstan
Yunanstan 
Estoniya
Gürcüstan
Serbiya
Belçika

Müsabiqənin növbəti mərhələsi mayın 21-də keçiriləcək.

Qaynar.info