Video 13:15 25.02.2019

Ev qiymətinə olan mobil nömrələr (VİDEO)

Dünyada ən bahalı mobil nömrənin qiyməti 2 milyon dollardır. Qətərdə satışa çıxarılan fantasik məbləğdə nömrənin sahibi də var. Bundan savayı Çində yarış və bir milyona mobil rabitə nömrələri də satılıb.

ARB TV-nin "Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Qiyməti baha edən rəqəmlərin eyniliyi və qoşa olmasıdır. Hazırda Azərbaycanda 60-70 min manat qiyməti olan belə mobil nömrələr satışa çıxarılıb. Mənzil qiymətinə olan bu nömrələr mobil operatorlara görə, baha və ucuz olur. Telefon satışı ilə məşğul olan firma və dükanlar nömrələrin mobil rabitə şirkətləri tərəfindən qiymətləndirildiyini deyir. Yəni, seçilmiş rəqəm və nömrələr daha baha qiymətə təklif edilir.

İnsaf Həsənov - Mağaza sahibi: "Operatorlarda baha çıxır bu nömrələr. Qoşa və eyni nömrələrə təlabat daha çoxdur”.

Rəyini soruşduğumuz şəhər sakinləri məsələfə fərqli yanaşır. 

Sakin: "Mən 20 manatdan çox pul vermərəm”.

Sakin: "O nömrəni alıb, ad yazandan sonra nə mahiyyəti qalır ki? Onsuzda mən zəng edəndə adım çıxacaq”.

Mütəxəssislər deyir ki, dəb halını alan bu adət bizə ərəblərdən gəlib. Bu bir növ zənginliyin göstəricisi kimi qəbul edilsə də, nömrənin işləmə funksiyasında heş bir fərq yoxdur.

Rəşad Əliyev - İKT üzrə mütəxəssis: "Mobil operatorlar hər bir satışa gedən nömrəni müəyyən çeşidlə verir. Kateqoriya 1-dən 10 minə qədər müyyən nömrə verir, hər hansı seriyadan olan və o nömrələri artıq onun dilleri çeşidləyir. Hətta ola bilər ki, onun baza qiyməti 3 manat olsun. Onun lazımsız nömrələri 1 manata satılsın”.

Bahalı nömrə sevdalıları maddi imkanı çatmasa da belə həmin nömrələri almağa çalışır. Bunun üçün yüksək məbləğdə kredit götürənlər də var. Satışı həyata keçirən şəxslər və ya mağazalar də belə nömrələri kredit şərtləri təklif edir. Necə deyərlər, Alan razı, satan razı.