Texnologiya 14:17 20.02.2019

Ev tapşırığını etdirmək üçün robot aldı

Çinin "Zhejiang" əyalətində şagird ev tapşırıqlarını həll etdirmək üçün robot alıb.

Qaynarinfo xəbər verir ki, insanın əl yazısını olduğu üçün kopyalamağı bacaran robot şagirdin ev tapşırıqlarını qısa müddətdə yerinə yetirib. Şagirdin anası bu faktdan şübhələnib və 800 Yuana (təxminən 120 dollar) alınan robotu qırıb. Hadisə barədə sosial şəbəkədə məlumat yayan valideyn robotun sadəcə əl yazısını təqlid etməyi bacardığını, imtahanlarda köməyinin dəyməyəcəyini vurğulayıb. Geniş müzakirələrə səbəb olan hadisə 13 milyon dəfə oxunub, e-ticarət saytında robota maraq artıb.

Gülşən