"Evimi icra başçısı yox, məhkəmə icraçıları sökdürüb" (VİDEO)

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Abşeron rayonunun Saray qəsəbəsində vətəndaş Hüseynov Rəsul Əjdər oğluna məxsus ev sökülüb. Qərbi Azərbaycandan məcburi köçkün olan ailənin yaşadığı və məhkəmənin qərarı ilə sökülən evdə aprelin 13-də toy olmalı idi.

Mətbuatda evin Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova tərəfindən sökdürülməsi ilə bağlı məlumatlar yayılmışdı. Lakin İcra Hakimiyyəti açıqlama yayaraq, bu işin onlarla heç bir əlaqəsinin olmadığını, qərarın məhkəmə tərəfindən verildiyini bildirmişdi.

Qaynarinfo xəbər verir ki, evin sahibi Rəsul Hüseynov da açıqlama verərək başlarına gələn hadisəyə aydınlıq gətirib: "Biz 1988-ci ildə Saray qəsəbəsi Rza Təhməzov küçəsi 12 ünvanında torpaq sahəsi alaraq ev tikmişik. 1999-cu ildən burda yaşayırıq. 2015-ci ildə Vahid GülmalıyevFikrət Tanrıverdiyev adlı şəxslər gələrək bu torpaq sahəsinin onlara aid olduğunu bildirdilər. Mən də sənədləri göstərib, ərazinin bizə aid olduğunu dedim. "Əgər sənin idisə, indiyədək harda idin? Mən 1999-cu ildən burda yaşayıram" dedim. Məhkəmə araşdırma aparmadan onların xeyirinə qətnəmə çıxardı, evin sökülməsinə qərar verdi. Vəkil tutub Sumqayıt Apelyasiya Məhkəməsinə ərizə verdim. Çox təəssüf ki, vəkillər də onların tərəfini tutdu. Məni aldatdılar. Sonradan bildim ki, onların tanışlarıdı. Ali Məhkəməyə müraciət elədim, qərarı qüvvədə saxladılar. Aprelin 9-u saat 12-1 radələrində çox sayda texnika və yanğınsöndürənlə gəlib evi sökdülər. Mətbuatda səhv yazılır ki, bunu icra başçısı İradə Gülməmmədova edib. Biz başçının yanına da getmişdik. Özü yox idi, müavini bizi qəbul elədi. Evi İcra Hakimiyyəti yox, məhkəmə icraçıları sökdürüb. İndi Ali Məhkəməyə kasassiya şikayət vermişik, bu yaxınlarda işə baxılacaq".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR