Dünya 12:54 03.04.2020

Evlənmək və boşanmaq bir aylıq qadağan edildi

Sankt-Peterburq qeydiyyatı idarəsi aprelin 30-dək evlilik və boşanmaların dövlət qeydiyyatının dayandırıldığını elan edib, eləcə də müraciətlər dayandırılıb.

Qaynarinfo xəbər verir ki, Sankt-Peterburqda nikahın təntənəli qeydiyyatı isə martın 28-dən dayandırılıb.

Bundan əvvəl Baş nazir Mixail Mişustin Ədliyyə Nazirliyinə nikah müraciətlərinin distant qeydiyyata alınmasının mümkünlüyünü araşdırmağı tapşırmışdı.
 
Alpər