Ekonomiks 13:00 19.10.2020

Expressbank-la hesablarınızı məsafədən açın!

Expressbank müştərilərinin rahatlığını düşünərək onların vaxtına qənaət etmək, işlərini asanlaşdırmaq və xidmətləri daha əlçatan etmək məqsədi ilə daim yeni layihələr üzərində işləyir və xüsusi ilə rəqəmsallaşma istiqamətində həyata keçirdiyi yeniliklərlə müştərilərini sevindirir. 

Bu dəfə Expressbank Mərkəzi Bank-ın daha bir strateji layihəsinə qoşularaq müştərilərinə məsafədən hesab açmaq imkanı yaradıb.  Belə ki, artıq bankın həm fiziki həm də hüquqi şəxs müştəriləri banka gəlmədən cari və ya kart hesablarını məsafədən açmaq imkanı əldə ediblər. 

Bunun üçün www.bankid.az linkinə daxil olaraq isənilən cari hesab və ya kart hesabının açılmasını onlayn sifariş etmək kifayətdir. Məsafədən bank hesabları gücləndirilmiş elektron imza, video görüntü kimi üsullardan istifadə edilməklə açıla bilər.

Qeyd etmək istərdik ki, Expressbank müştərilərinə 4 fərqli valyutada, həm debet həm də kredit funksiyalarını özündə birləşdirən, 30%-dək cashback və illik 5%-dək gəlir qazandıran Expresso kartlarını əlverişli qiymətlərlə təklif etməklə  yanaşı, bir çox imtiyazlara sahib olan  Mastercard Gold  və Mastercard Platinum kartlarını ilkin mədaxil edərək pulsuz təklif edir.  

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az  saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.