Ekonomiks 14:38 22.09.2018

"Expressbank"da problem yaranıb: müştərilər etiraz edir

"Ekspres Bank"ın növbə sistemində problem yaranıb.

Qaynarinfo EkoNews-a istinadən xəbər verir ki, bankda səhər saat 11:00-dən gözləyən müştərilər hələ onlara növbənin gəlib çatmadığını sosial şəbəkə vasitəsi ilə bildiriblər.

Saat 13:00-da bir saatlıq nahar fasiləsi olduğundan növbə bir qədər böyüyüb. Bankdan redaksiyamıza istirahət günü olduğu üçün heç bir məlumat verə bilməyəcəklərini bildiriblər.