Dünya 14:48 10.04.2020

Çəyirtkələrin ikinci dalğası gəlir: əvvəlkindən 20 dəfə çox

Dünyanı cənginə alan koronavirus epidemiyasının ardından ortaya çıxan çəyirtkə sürüsünün əvvəlkindən 20 dəfə böyük ikinci dalğası gələ bilər.
 
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Somalidə mövsümi yağışların ardından çoxalan milyardlarla çəyirtkə artım üçün münbit yer axtarışındadır. sürətlə Şərqi Afrikaya yayılan çəyirtkələr səbəbindən milyonlarla insanın ərzaq ehtiyatı risk altındadır. Bu, dünyada son 70 ilin ən böyük fəlakəti hesab edilir. Fermerlər çəyirtkələrin koronavirusdan daha təhlükəli olduğunu deyirlər.  Bölgə əhalisi bununla mübarizə üçün bir yerə yığışdıqlarında isə koronavirusa yoluxma riski ilə qarşı-qarşıya qalırlar.

Çəyirtkə sürüləri Somali ilə yanaşı təhlükə Keniya, Efiopiya və Cənubi Sudan olmaqla Şərqi Afrikanın böyük bir qismində müşahidə edilir. Həmçinin Cibuti, Eritre, Tanzaniya və Konqo da görüldüyü bildirilir.
 
Camal