Sənət 14:28 06.07.2016

Əziz Nesinin ən sevilən sözləri

Bu gün məşhur Türk yazıçısı Əziz Nesinin vəfat etdiyi gündür. 

Qaynarinfo.az xəbər verir ki, Əziz Nesin 20 dekabr 1915-c ildə İstanbulda anadan olub. 

Darüşşəfəq məktəbində təhsil aldığı illərdə Quranı əzbərdən öyrənərək hafiz olur. Qadiriyyə təriqətindən olan atası oğlunu da imanlı müsəlman kimi görmək istəyirdi. Əziz Nesin 1935 ildə İstanbuldakı Qülləli Əsgər Litseyinə daxil olur. 1937 ci ildə isə Ankara Hərb məktəbini bitirir. Eyni zamanda isə İncəəsnət Məktəbini də bitirir. Sonralar Əziz xatırlayacaqdı ki, oxuduğu hərb məktəblərində hətta onların düşüncələri belə təqib olunurmuş. 1941 ci ildə dünya müharibəsi başlayanda o da zabit kimi orduya çağrılır. Burada tank kurslarını da bitirir. Və 1944 cü ildə ordudan “ vəzifəsini və rütbəsini pis yerinə yetirməsi” maddəsi ilə ordudan qovulur. Səbahəddin Əliylə tanışlıq və ilk yazı uğurları… 

Əziz Nesin ordudan qovulduqdan sonra bir müddət baqqal, mühasib kimi peşələrdə çalışır. Sol təmayüllü “Tan” qəzetində işə girir. Köşə yazıları, teatrlar üçün xırda pyeslər yazmağa başlayır. İlk kitabı “Partiya qurmaq, partiya vurmaq” 1946 ci ildə dərc edilir və ona böyük şöhrət qazandırır. Səbahəddin Əli ilə tanışlıq onda solçuluq ideyalarına marağı daha da artırır və onlar birgə “Marko Paşa”adlı mizah (satirik) qəzetini nəşr etməyə qərar verirlər. Qəzet qısa müddətdə bütün Türkiyəyə səs salır. “Marko Paşa”nın səhifələrində yüksək çinli dövlət məmurları, nazirlər tənqid olunurdu. Sonralar da dəfələrlə həbslərə və təqiblərə məruz qalmasına baxmayaraq Əziz Nesin köşə yazarlığını və ədəbi fəaliyyətini həvəslə davam etdirir.

1995 ci il iyulun 6 da İzmirin Alaçatı bölgəsində kitablarının imza günü həyatla vidalaşdı. Vəsiyyət etmişdi ki, dəfn mərasimi təşkil edilməsin. Yazıçının anlamına görə, dəfn mərasimi deyilən tədbir, rəzillik və ikiüzlülükdən başqa bir şey deyildi. Onun cəsədi, İstanbul Çapa Tibb Fakültəsinə gətirilərək yarıldı. Tələbələr cəsədin üzərində dərs keçdilər. Sonra vəsiyyətinə uyğun olaraq, İstanbulun Çatalca məhəlləsində yerləşən fondun həyətinə gətirildi. Vəqfin baxçasında 7 çuxur qazıldı. Ə. Nesinin nəşi bu çuxurlardan birinə endirildi. O vəsiyyətində yazırdı; "Mən insanın ruhunun varlığına inanmıram. Demək məzarın olması da vacib deyil. Məzarımın üzərinə işarə-filan, çiçək də qoyulmasın. Görə, qoxulaya bilməyəcəyim çiçəklərin məzarım üstündə boş-boşuna çürümələrinə acıyıram. Türkiyədə məzarlıqlar dinlərə görə bölünmüşdür. Dinsizlərin məzarı olmamalıdır. Mənsə, müsəlmanların yatacaq yeri yoxdur və olmamaldır, deyənlərdənəm".

Qaynarinfo.az yazarın zaman-zaman dediyi ən məşhur sözləri oxuculara təqdim edir:

Bilirsən, günahları yazan mələk soldadır. Hətta bundadır qəlbin solda olması. Çünki bəlkə də sevgi, yaşanılan ən böyük günahdır!

Üşümək varsa, bu istinin yoxluğudur, qaranlıq varsa, bu işığın yoxluğudur. Əgər hər yer qaranlıqdırsa və sən üşüyürsənsə, bax bu O`nun yoxluğudur.

Bəzən insan elə darıxır ki… Darıxılan bilsə, yoxluğundan utanar!

Bilirsən, bir kişinin göz yaşları elə-belə axmaz; amma əgər kişi ağlıyırsa, gözyaşları əsla saxta olmaz!

Mənə toxunmayan ilan min yaşasın, deyərək yaşatdığınız ilanların növbəti hədəfi siz olacaqsınız!

Xəyalım; balaca bir uşağa “nə qədər sevirsən” dedikdə, iki əlini yana açıb “baax bu qədər” deyərkən olan o məsum sevgini tapmaq idi.

Köhnəsi olmayanın, yenisi də olmaz!

Tənhalığını al, gəl! Qorxma, darıxmarıq. Sənin tənhalığın, mənim tənhalığımla danışarlar, biz ikimiz susarıq!

İnsan sadəcə dediklərinə görə deyil, susduqlarına görə də məsuliyyət daşıyır.

Eyni kağızın arxa və ön üzləri kimiyik. Sonsuza qədər bərabər; amma heç vaxt bir-birlərini görməyən.

Tənbəllərin iş günü – sabahdır!

Bəlkə bərk-bərk sarıla biləcəyimiz bir sevgilimiz olmadı, bəlkə tənhayıq; amma bil ki, adam kimi sevdiyimizdəndir tənhalığımız!

Xəritələrə baxdım, heç birində evin yoxdur. Ensiklopediyalara baxdım, heç birində şəklin yoxdur. Lüğətlərə baxdım, heç birində adın yoxdur.Güzgüdə özümə baxdım, səni gördüm. Məndən başqa yerin yoxdur!

Aydın

Qaynarinfo.az