Texnologiya 10:12 26.07.2018

"Facebook" 130, Zükerberq 17 milyard itirdi

"Facebook" sosial şəbəkəsinin səhmləri 20% ucuzlaşıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, səhmlər rüblük hesabatın açıqlanmasından sonra dəyər itirib. Şirkətin aprel-iyun ayında gəlirləri ötən ilin eyni dövrü ilə 43% artaraq 13 milyard 200 milyon dollar olub. Aylıq aktiv istifadəçilərin sayı isə 2 milyard 230 milyondur. Lakin bu nəticələr proqnozlardan zəif olub. Sosial şəbəkənin istifadəçi sayındakı artım isə son 2 ilin ən aşağı nəticəsidir.

Məlumat şirkətə 130 milyard dollara başa gəlib. "Facebook"un qurucusu Mark Zükerberq isə sərvətindən 17 milyard dollar itirib. 

Gülşən