Facebook 3 min nəfər işçi axtarır

Facebook 3 min nəfər işçi axtarır

Sosial şəbəkə nəhəngi "Facebook" son zamanlarda canlı yayım xidməti olan "Facebook Live"da şiddət xarakterli, əsasən də intihar videolarını vaxtında əngəlləmək üçün 3 min işçi götürəcək.

"Qaynar" xarici KİV-ə istinadən xəbər verir ki, "Facebook"un qurucusu Mark Zukkenberq özü bu barədə açıqlama verib.

O, bu sahədə hazırda 4500 işçinin çalışdığını, ilin sonuna qədər isə daha 3000 nəfərin işə alınacağını bildirib.

Zukkenberq həmçinin bununla "uşaqların istismarı", "canlı yayımda qətl və intihar" tipli videoların vaxtında bloklanması ilə yanaşı, gələcəkdə fəaliyyət göstərdiyi ölkələrin yerli qanunvericiliklərinə də əməl edəcəklərini bildirib.


Çingiz

Qaynar.Az

XƏBƏRLƏR
BLOGLAR