Texnologiya 14:10 20.03.2018

"Facebook" 50 milyon istifadəçinin məlumatlarını satdı, ara qarışdı

Bütün dünyada 1 milyarddan artıq istifadəçisi olan "Facebook" ötən həftə yayımlanan bir sənədə gör çətin günlər keçirir.

Qaynarinfo xəbər verir ki, "New York Times" qəzeti sosial media şirkətinin 50 milyon istifadəçisinə aid məlumatları ABŞ prezidenti Donald Trampın seçki kampaniyasını aparan şirkətə satdığını sübut edən sənədi yayımlayıb.

Bu fakt "Facebook"un qurucusu Mark Zukerberqə qarşı etirazların başlamasına səbəb olub. Məlumatların satılmasına etiraz edən sosial media istifadəçiləri "Facebooku sil" şüarı ilə kampaniyaya başlayıb.

"Twitter" və digər sosial media saytlarında aparılan kampaniyanın iştirakçıları Mark Zukerberqə etiraz edir və hər kəsi "Facebook"dan imtina etməyə çağırır. İndiyədək minlərlə istifadəçi hesabını silib, "Facebook"un şissələri 3 gündə 5 faiz ucuzlaşıb.

Aydın