Texnologiya 13:00 17.12.2018

"Facebook" Netanyahunun oğlunun hesabını blokladı

"Facebook" İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun qalmaqallı postunu silib və hesabı 24 saatlıq bloklayıb.

Qaynarinfo xəbər verir ki, Yairin ötən günlərdə sosial şəbəkədə yazdığı "Ya yəhudilər, ya da müsəlmanlar bu torpaqları (Fələstin-İsrail) tamamilə tərk etməyənə qədər ərazidə sülh bərqərar olmayacaq. Mən 2-ci variantı seçərdim" fikirləri böyük narazılığa səbəb olmuşdu. 

Sosial şəbəkədə tez-tez qalmaqallı fikirləri ilə diqqət çəkən 27 yaşlı Yair Netanyahu "Facebook"a bu addıma görə etirazını bildirib və "fikir polisliyi"ndə ittiham edib.

Gülşən