Ekonomiks 21:34 01.08.2014

Facebook sosial şəbəkəsi çökdü - YENİLƏNİB

Bu gün saat 21:00 radələrində Facebook sosial şəbəkəsində problem yaranıb.

Birdən-birə fəaliyyətini dayandıran sosial şəbəkənin keçidlərində “error” yazılıb və istifadə mümkünsüzləşib. Hələlik problemin nədən qaynaqlandığı barədə məlumat yoxdur.

Bu hal təkcə Azərbaycanda deyil, bütün dünyada yaşanır. Xarici serverlərdən saytların açılıb-açılmadığını yoxlamaq üçün fəaliyyət göstərən onlayn xidmətlər də Facebook-un dünya boyunca dayandığını göstərir.

***
Təxminən axşam saat 21-20 radələrində Facebook işini bərpa etsə də, dünyanın bəzi ölkələrində problemlər qalmaqdadır. (Bizimyol.info )

Qaynar.info