Texnologiya 11:17 02.02.2018

Facebook və Instagram "Bitcoin"i qadağan etdi

"Facebook" və "Instagram" sosial şəbəkəsi kripto pul vahidi ilə əlaqədar reklamları qadağan edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "Facebook" sözçüsü açıqlama verərək yeni qanunun təkcə "Bitcoin"ə yox, "Ethereum"a da aid olduğunu vurğulayıb. Qərara səbəb kimi insanların aldadılma ehtimalı və bu istiqamətdə olan təhlükəsizlik problemidir. Məsələ ilə bağlı danışan "Facebook" direktoru Rob Lezarn bildirib ki, insanların aldadılmadan və aldadılmadan qorxmadan "Facebook" reklamları ilə yeni xidmət və məhsulları kəşf etməyə, öyrənməyə davam etməsini istəyirik.

Qeyd edək ki, "Facebook"un 2017-ci ilin ilk 4 ayında reklam gəlirləri 7,86 milyard dollar olub. Bu reklamların 85%-ni mobil reklamlar təşkil edib.

Gülşən