Dünya 18:06 10.12.2013

“Facebook”da ən çox müzakirə olunan mövzular - SİYAHI


2013-cü ildə “Facebook” sosial şəbəkəsində əsas müzakirə olunan mövzular Roma Papası, seçkilər və şahzadə Corc olub. Şirkətin mətbuat xidmətindən verilən məlumata əsasən, məhz bu hadisə və insanlar istifadəçilər üçün böyük maraq kəsb edib.


“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, siyahıda birinci yerdə Roma Papası Fransisk, üçüncüdə isə Kembric şahzadəsi Corc qərarlaşıb.

Seçkilər ikinci pillədə yer alıb. Bu təəccüblü deyil, çünki 2013-cü ildə Hindistan, Keniya, İran və İtaliyada seçkilər keçirilib.

İlk onluqda, həmçinin Tayfun, Marqaret Tetçer, Harlem Shake, Mayli Sayrus və Boston marafonu olub. Tur de Frans və Nelson Mandela reytinqin sonunda qərarlaşıblar.

Qaynar.info