Texnologiya 12:14 15.12.2018

"Facebook"da növbəti məxfilik qalmaqalı

"Facebook" sosial şəbəkəsi növbəti qalmaqalla gündəmdədir.

Qaynarinfo Business Insider-ə istinadən xəbər verir ki, şirkət 6,8 milyon istifdəçinin fotolarının 1500 tətbiqetmə üçün əlçatan edildiyini açıqlayıb. Yanlışlıq nəticəsində tətbiqetmələrlə "Facebook"a yüklənən, lakin post edilməyən fotolar belə paylaşılıb. Baş verən hadisəyə görə şirkət üzr istəyib və paylaşılan fotoların silinəcəyini açıqlayıb.

Qeyd edək ki, "Facebook" ötən 2 ildə məxfilik qalmaqalları ilə gündədir. 

Gülşən