"Facebook" nəhayət ki, uzun müddətdir gözlənilən addımı atdı.
Qaynarinfo xəbər verir ki, artıq "Facebook" sosial şəbəkəsində bəyənmədiyiniz statusları "Dislike" edə biləcəksiniz.
Məhkəmələr və problemlərlə başı qarışsa da, Facebook yeniliklər etməyə davam edir. Test səviyyəsində olan bu funksiya hələlik Yeni Zellandiya üçün aktivdir. Artıq bu funksiya hesabına paylaşımlara yazılan rəyləri "Dislike" (Bəyənməmək) edə biləcəyik. Bunun hesabına paylaşımlarda "Dislike" edilən rəylər istifadəçilərə daha az göstəriləcək. Funksiyanın digər ölkələrdə nə vaxt istifadəyə veriləcəyi məlum olmasa da, rəy yazan istifadəçilər üçün maraqlı olacağı dəqiqdir.
Nərmin Həsənli
Şərhlər