Dünya 18:50 30.03.2018

"Facebook"dan sonra daha bir sızıntı: 150 milyon istifadəçinin məlumatı oğurlandı

ABŞ-ın ən böyük idman geyim və ayaqqabı istehsalçılarından olan "Under Armour" məlumat oğurluğu səbəbindən 150 milyon istifadəçisinin zərər gördüyünü açıqlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, şirkətdən verilən açıqlamada qida və bəslənmə üçün istifadəçilərə təqdim olunan "MyFitnessPal" adlı tətbiq və sayt kiberhücuma məruz qalıb. Hücumun fevral ayında olduğu bildirilən açıqlamada bunun ötən bazar ortaya çıxdığı qeyd olunub.

Hücumun ortaya çıxmasından 4 gün sonra istifadəçilərin bəzi məlumatlarının oğurlandığı, lakin kredit kart məlumatlarının zərər görmədiyi vurğulanıb.

"Under Armour"un hissə dəyərləri 16,35 dollar olsa da, irəliləyən saatlarda 15,85 dollara qədər düşüb.