Dünya 18:43 08.09.2017

"Facebook"un ardından "Twitter" də Rusiya ilə bağlı hesabat verəcək

"Twitter" ABŞ-dakı prezident seçkiləri ilə əlaqədar Rusiyanın fəaliyyəti ilə bağlı hesabat verəcək. 

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Twitter" ABŞ senatının kəşfiyyat komitəsinə Rusiyanın sosial şəbəkədəki fəaliyyəti ilə bağlı hesabat verəcək. Bu barədə kəşfiyyat komitəsinin üzvü senator Mark Vorner məlumat verib.

Facebook ötən il ABŞ seçkiləri dövründə və ondan əvvəl Rusiya mərkəzli hesablardan reklam aldığını açıqlamışdı. 470 profildən edilən 3 min reklam üçün 100 min dollar pul ödənmişdi. 

Qeyd edək ki, Rusiya ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə, ABŞ prezidenti Donald Tramp isə Rusiyanın köməyi ilə prezident seçilməkdə ittiham edilir.

Gülşən

Qaynarinfo.Az