Dünya 10:41 12.12.2018

"Facebook"un binasında bomba həyəcanı: işçilər təxliyə edildi

Sosial şəbəkə nəhəngi "Facebook"un Kaliforniyadakı baş ofisinin binasında bomba olması ilə bağlı məlumat daxil olub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, gecə saatlarında binada çalışan işçilər təxliyə edilib.

Məsələ ilə bağlı polis axtarış aparır.

Qeyd edək ki, bir neçə gün öncə də CNN kanalının binasında bomba olması ilə bağlı polisə məlumat daxil olmuş və bina boşaldılmışdı.