Ekonomiks 15:35 18.06.2014

“Facebook”un növbəti yeniliyindən xəbər tutun

Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” şirkəti yeni “Slingshot” mobil tətbiqini təqdim edib. İstifadəçilər bir-birinə şəkil və videoçarx göndərə bilərlər. Bu haqda “Facebook”un rəsmi bloqunda yazılıb.

“İctnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Slingshot” mobil tətbiqinin istifadəçisi şəkil və ya videoçarx hazırlaya, ona mətn əlavə edə bilər, bundan sonra istənilən ünvana və ya dostlar qrupuna göndərə bilər. Amma xidmətin əsas özəlliyi ondan ibarətdir ki, alan əvəzində foto və ya video göndərməsə, mesaja baxa bilməyəcək. Alan mesaja şərh verə və ya onu silə bilər.

“Facebook”un yeni xidməti ilk öncə ABŞ-da “iPhone” smartfon istifadəçiləri, həmçinin “Jelly Bean” və “KitKat” platforması ilə işləyən “Android” qurğularda əlçatan olacaq. Şirkət gələcəkdə onun əlçatanlığını  genişləndirmək niyyətindədir.

Qaynar.info