Video 12:50 29.05.2018

Faiq Ağayev kasıbçılıq haqda: "Evinin döşəməsi yoxdur, amma..." (VİDEO)

ARB TV-nin "Açıq pəncərə” proqramının növbəti qonağı xalq artisti Faiq Ağayev olub.

Qaynarinfo xəbər verir ki, o, proqramda kasıblığın yalnız mənəvi cəhətdən ola biləcəyini deyib:

"İnsan var ev alıb, divar kağızları belə vurulmayıb gedib özünə 2 metrlik televizor alıb. Tanıdığım bir adamın tanışıdır. Döşəməsi yoxdur, həyat yoldaşının, özünün geyimi var, buna pul xərcləmir, gedib özünə borca televizor alır. İnsan yalnız mənəvi cəhətdən kasıb ola bilər. Müğənnilər üçün də eynidir. Deyir ki, ayaqqabımın qiyməti 5 min avrodur. Sən o ayaqqabını geyinməklə Luçano Pavarotti, Madonna, Şövkət Ələkbərova oldun? Sən axı qiraətçisən, oxumağı da bacarmırsan”.