Ölkə 17:41 15.01.2022

Faiq Balabəyli: “Bakı buxtası-20 Yanvar” (FOTO)

Tanınmış şair-publisit Faiq Balabəylinin "Bakı buxtası-20 Yanvar” adlanan yeni kitabı  "Elm və Təhsil” nəşriyyatında 1000 tirajla nəşr olunub.

Bu haqda Qaynarinfo-ya "Dənizçilrə Sosial Dəstək” ictimai Birliyi məlumat yayıb.
 
Kitabda 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Rus-Sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən, Bakı şəhərində dinc sakinlərin qətlə yetirməsinə etiraz olaraq Bakı buxtasına toplaşıb ölkəmizə edilən hərbi təcavüzün dünya ictimaiyyətinə dəqiq çatdırılmasında mühüm və əsas rolu oynayan Azərbaycan dənizçilərinin misilsiz qəhrəmanlığından bəhs olunur. 

Kitabda həmçinin hadisələrin iştirakçılarının xatirələri, ziyalıların, qəhrəman dənizçilərin şücaəti haqdında fikirləri və dənizçilərimiz tərəfindən zamanında qəbul olunan qərarlar əksini tapıb.

Xatırladaq ki, bu kitab Faiq Balabəylinin eyni mövzuya ikinci müraciətidir. Bundan əvvəl 2003-cü ildə "Qanun” nəşriyyatı tərəfindən "Kəsilməyən həyacan fiti” kitabı dərc olunmuşdu.

Kitabın redaktoru Elnur Nəhməd, tərtib edəni Tural Balabəylidir.