İdman 21:34 11.10.2018

Farer adaları - Azərbaycan futbol matçı təxirə salına bilər (FOTO)

Farer adaları və Azərbaycanın futbol yığmaları arasındakı UEFA Millətlər Liqası matçı təxirə salına bilər.

"Report"un stadionda olan əməkdaşının verdiyi məlumata görə, səbəb "Torsvollur" arenasının dumana bürünməsidir.

Hazırda Farer adalarının paytaxtında çiskinli hava hökm sürür.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:45-də start götürməlidir.