İdman 10:59 03.04.2020

Fatih Terim 3 nəfərdən polisə şikayət etdi

"Qalatasaray”ın baş məşqçisi Fatih Terim 3 nəfərdən polisə şikayət edib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə mütəxəssisin vəkili Rezan Epözdəmir məlumat verib. 
 
Buna səbəb Tərimin koronavirus testi pozitiv çıxdıqdan sonra həmin şəxslərin onu təhqir etməsidir. O isə, sağalıb xəstəxanadan ayrıldıqdan sonra şikayət ərizəsi yazaraq onların həbs edilməsini istəyib. 
 
Mətbuata danışan vəkil bildirib ki, "Ertoğrul Sarıtaş adlı istifadəçi "tvitter”də Terimlə bağlı "Allahın zopası yoxdur, bunu da Terimin şərəfinə içirik” yazmışdı. Bu, məşqçinin etibarını zədələyib. "Themanyedek” adlı "tvitter" istifadəçisi isə xəstəliyin açıqlandığı gün "Terim layiq olduğuna çatdı, betər olsun”, deyə şərh yazmışdı. "Hesapver4” adlı istifadəçi isə "sənin kimi yalançl, vətən xaini, fırıldaqçı bir daha dünyaya gələ bilməz” kimi sözlərlə baş məşqçini təhqir edib. Hər üçündən şikayət etdik”.