İdman 11:53 31.05.2013

Fatih Terim "Milan"nın baş məşqçisi olacaq

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim, millət vəkili Hakan Şükür, və Terimin köməkçisi Ümit Davala Gürcüstana gedirlər. 

Qaynar.info-nun məlumatına görə, bir vaxtlar "Milan"da top qovan gürcüstanlı veteran futbolçu Kaxa Kaladze vida oyunu keçirir. 

Yubiley oyununda İtaliyanın "İnter" və "Milan" klublarının veteran futbolçuları arasında yoldaşlıq oyunu keçiriləcək. Fatih terim də "Milan"ın baş məşqçisi olacaq. 

Yubiley oyununda Andrey Şevçenko, Paolo Maldini, Alessandro Kostakurta, Alessandro Nesta, Albertini kimi ulduzlar da çıxış edəcək.

Qaynar.info