İdman 11:20 24.08.2013

Fatih Terimin milliyə gətirilməsində Ərdoğan izi

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi postuna Fatih Terimin gətirilməsi ilə bağlı maraqlı məqamlar ortaya çıxıb. 

Qaynar.info türk mətbuatına istinadən xəbər verir ki, Fatih Terimin milliyə baş məşqçi gətirilməsində baş nazir Ərdoğan israr edib. 

Bazar günü Türkiyə Futbol Federasiyası rəhbərliyi ilə görüş keçirən Ərdoğan, həmin məclıisdə iştirak edən Terimə, "Hər kəs səni milli komandada görmək istəyir" deyib. Terim də, "Bu milli vəzifədir, bundan qaçmaq olmaz. Amma orada bir dostumuz varkən bunun ağlımdan keçirmək belə doğru olmaz" cavabını verib. 

Ancaq Ərdoğan milli komandanın daxilindəki gərgin vəziyyəti xatırladıb 2014-cül dünya çempionatının əldən getmək üzrə olduğunu xatırladıb. Ərdoğan,  "4 oyunumuz var. Bizə möcüzə lazımdır. Və o möcüzələrin də adamı sənsən. Bunu keçmişdə də görmüşük. Sənə də bu möcüzəni həyata keçirmək düşər" deyərək Terimi tarixi vəzifəyə dəvət edib. 

Ərdoğanın bu söhbətindən sonra TFF Terimlə ciddi danışıqlar aparıb. Nəhayət, danışıqlar nəticəsində Terim milli komandada işləməyə razılıq verib. 

Qaynar.info