Foto 20:00 02.08.2020

Fazil Məmmədovun kürəkəni İngiltərədə 1,5 milyona bina aldı (FOTOLAR)

Keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev İngiltərənin Nottingham şəhərinin mərkəzində 1.5 milyon funt sterlinq dəyərində (əlavə dəyər vergisi 2 milyon dollar ekvivalentində olan məbləğə daxil deyil) binanı satın alıb.

Qaynarinfo-nun xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli deyib. C.Həsənli bildirib ki, Nottinghamın NG1 6JB, Long Row küçəsindəki 50, 51 və 52 saylı ünvanı əhatə edən əmlak bu ilin yanvar ayında NovaLoca əmlak agentliyi vasitəsilə satışa təqdim edilib.
 
"Əmlak agentliynin saytında (https://www.novaloca.com/…/for-sale/n…/50-52-long-row/178331) satışla bağlı ətraflı məlumat verilib, qeyd olunub ki, binanın ümumi sahəsi 1791 kvadrat metrdir: "Ticarət obyektlərindən ibarət alt mərtəbəsinin sahəsi isə 475 kvadratmetrdir və 2021-ci ilin mart ayınadək qüvvədə olan illik icarəsi 90 min fint sterlinq təşkil edir. İyulun 10-da Əbdül Əliyev binanı satın almaq barədə razılaşıb. İyulun 20-də isə keçmiş nazirin kürəkəninə məxsus NOAP PROPERTIES LIMITED şirkəti Dartforddakı The Bridging Group Limited maliyyə şirkəti ilə müqavilə bağlayaraq satınalmanı reallaşdırıb. NOAP PROPERTIES LIMITED 2019-cu il iyunun 27-də Əbdül Əliyevin təsisçiliyi ilə Londonda qeydiyyatdan keçib. Əbdül Əliyevin atası Namiq Əliyev vergilər nazirinin müavini olub”.