Vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib.
"Qaynarinfo" Veteninfo.az-a istinadən xəbər verir ki, nazir artıq bir neçə aydır nazirliyə ara-sıra gəlir və görüşünə yazılanları belə qəbul edə bilmir. Sayt yazır ki, Fazil Məmmədovun əvəzində nazirliyin birinci müavini qəbula gələnlərlə görüşür:
"O da vurğulanır ki, Fazil Məmmədovun səhhətində yaranan problemin əsas səbəbi nazirin pəhriz üçün istifadə etdiyi dərmanların onda sinir pozuntusuna yol açmasıdır".
Sayt sözügedən məlumatları məlumatları dəqiqləşdirmək üçün Vergilər Nazirliyi ilə əlaqə saxlamağa çalışdığını və lakin heç bir cavab ala bilmədiyini qeyd edib.
Səslənən iddialarla bağlı Vergilər Nazirliyinin münasibətini işıqlandırmağa hazırıq.
Qaynarinfo.Az
Şərhlər