Maqazin 11:15 26.11.2021

Fədayə Laçın Rusiya şou-biznesinə qoşulur (VİDEO)

Rusiyada fəaliyyət göstərən müğənni Fədayə Laçın Rusiya şou-biznesinə qoşulur.

Qaynarinfo xəbər verir ki, bu barədə müğənni özü məlumat verib. 

"Sonra da çıxaram rus kanallarına, qoşularam rus şou-bisnesinə. Rus kanallarında da Azərbaycan mahnıları oxunsun. Mən oxuyaram, başa düşməsələr, başa salaram, yəni tərcümə edərəm. Necədir?”.

Fədayə Laçın sovet-rus müğənnisi və aktrisası, SSRİ Xalq artisti Alla Puqaçovanın repertuarına müraciət edib:
 
"Alla Puqaçovanı həmişə sevmişəm, o da bir başqa aləmdir”.

Bahar Rüstəmli