Video 10:18 08.11.2017

Fədayə Laçının bacısı canlı yayımda Taciri biabır etdi: belə eləmisən ki, indi həbsdədir... (VİDEO)

Müğənni Tacir Şahmalıoğlunun həbs olunan həmkarı Fədayə Laçın barədə dediyi sözlər cavabsız qalmayıb.
 
"Qaynarinfo"nun məlumatına görə, F.Laçının bacısı, müğənni İlahə Fəda "APA TV”-nin "Show time” verilişinə qoşularaq, T.Şahmalıoğlunun cavabını verib: 

"Tacir Şahmalıoğlu gözəl musiqiçidir. Mənə təsir edən odur ki, Tacir Fədayənin müəllimi olduğunu deyib. Ona cavab olaraq deyirəm ki, Tacir heç vaxt Fədayənin müəllimi ola bilməz. Fədayənin müəllimi xalqdır. O xalqın yetirdiyi Üzeyir Hacıbəyovdur. Sonra Fədayənin özü də, mən də xalq artisti Zeynəb Xanlarovaya qulaq asmışıq. Bizim müəllimimiz Zeynəb xanımdır. İncəsənətdə oxuyanda onun müəllimi Arif Babayev, Canəli Əkbərov olub. Biz bəhrələnə-bəhrələnə böyük sənətkarlardan dərs almışıq. Əbülfət Əliyev, Şövkət Ələkbərova, Qulu Əsgərov, Rübabə Muradovanın da adını çəkə bilərəm. Tacir müəllim ola bilməz. Onun musiqi fəaliyyətinə nəzər salsaq, Murad müəllimin sayəsində "Qarabağ bülbülləri”ndə bir parça "Bayatı şiraz” oxuyub. Və bununla da qızıl fonda düşüb. Onun elə uğuru bircə bu olub. Sonra nə oxuyub? Hansı mahnısı yadınızda qalıb? Tacir Fədayə ilə duet oxuyandan sonra tanınıb. Fədayə ilə birgə Tahir Əkbərin və başqa bəstəkarların mahnısını oxuyub, birgə mahnıları alınıb. İndi Tacirlə Fədayə bir yerdə oxumur. Tacirin bir mahnısını xatırlanmır. Açıqlama verir ki, Fədayənin müəllimiyəm. Mən də deyirəm ki, sən elə yaxşı müəllimlik eləmisən ki, Fədayə indi həbsdədir”.
Qeyd edək ki, T.Şahmalıoğlu "Fədayə Laçına zamin durarsınız?” - sualına bu cür cavab verib:

"Bir el oğlu, müəllim, həmkar kimi nə kömək lazım olarsa, etməyə hazıram. Biz bir yerdə çörək kəsmişik. Fədayə mənim tərəf-müqabilim olub, yaxşı insandır, xətrini çox istəyirəm. Köməkliyimi bu cür edərəm. Amma zamin durmaq mənim xoşuma gələn iş deyil”.
 
Qaynarinfo.Az