Bakıda fəaliyyət göstərən zavodda ölüm faktı qeydə alınıb.
Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zirə qəsəbəsində yerləşən kabel zavodunda qeydə alınıb. Orada işləyən Bakı şəhər sakini Əmir Qəribov dəzgahın altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər