Dünya 14:18 28.01.2019

Fələstində yeni hökumət qurulacaq

Fələstində Fətih Hərəkatı Mərkəzi Komitəsi ölkədə yeni hökumətin qurulması barədə tövsiyyə qərarı qəbul edib.

Qaynarinfo xəbər verir ki, prezident Rami Həmdallah qərardan sonra vəzifəsinin icrasını hökumət rəhbəri Mahmud Abbasa həvalə edib. Bu barədə Fələstin sözçü Yusif Əl Mahmud məlumat verib. Yeni qurulacaq hökumətdə Fətih Hərəkatı Mərkəzi Komitəsi və Fələstin Qurtuluş Hərəkatının tərkibindəki qruplar, həmçinin müstəqil şəxslər yer alacaq. 

Gülşən