İdman 10:12 22.08.2013

“Fənərbaxça” “Arsenal”a böyük hesabla uduzdu

Çempionlar Liqasının son təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. 

Apasport.az-ın verdiyi məlumata görə, ikinci oyun günündə daha 5 görüş baş tutub.

Azərbaycanlı azarkeşlərin də maraqla gözlədiyi matç İstanbulda keçirilib. Türkiyənin “Fənərbaxça” klubu doğma azarkeşləri önündə İngiltərə nəhəngi “Arsenal”ı qəbul edib. Güclü rəqibi qarşısında çətinlik çəkən “sarı bülbüllər” meydandan 3:0 hesabı ilə məğlub ayrılıb. Bununla da İstanbul klubu mərhələ adlamaq şansını çətinə salıb.

Günün digər oyunlarında isə "Avstriya" və "Bazel" səfərdə qalib gəlib, "Şalke" ilə "Styaua" isə evdə heç-heçə edib.

Qeyd edək ki, cavab görüşlər avqustun 27 və 28-də baş tutacaq.


"Dinamo" (Zaqreb, Xorvatiya) – "Avstriya" (Avstriya)  0:2
Leovak, 68, Stankoviç, 75

"Fənərbaxça" (Türkiyə) – "Arsenal" (İngiltərə)  0:3
Gibbs, 51, Aron Remzi, 64, Olivye Jiru, 77 (pen.)

"Ludogorets" (Bolqarıstan) – "Bazel" (İsveçrə)  2:4
Marselo, 23, Stoyanov, 50 - Salah, 12, 59, Sio, 64, Şar, 84 (pen.)

"Şalke" (Almaniya) – PAOK (Yunanıstan)  1:1
Farfan, 32 - Miroslav Stok, 73

"Styaua" (Rumıniya) – "Legia" (Polşa) 1:1
Piovassari, 34 - Koseçki, 53  

Qaynar.info