Ölkə 18:39 05.10.2017

Fərhad Əliyevə yenidən vəzifə verilib? (İDDİA)

Azərbaycanın sabiq iqtidasi inkişaf naziri Fərhad Əliyev müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksi sayılan Sumqayıt Texnologiyalar Parkının (STB) rəhbərliyinə gətirilib.

"Qaynarinfo" ölkə.az-a istinadən xəbər verir ki, Fərhad Əliyev STB-də görülməsi nəzərdə tutulan bütün işləri tezliklə başa çatdırmağı öz üzərinə götürüb. 

Digər məlumata görə, bu ilin martında Sumqayıt Texnologiyalar Parkının rəhbərliyində edilən kadr dəyişikliyi də Fərhad Əliyevin istəyi ilə olub.

Bu dəyişiklikdən sonra Fərhad Əliyevin “adamı” kimi tanınan Emin Məmmədov “Sumqayıt Texnologiyalar Parkı” MMC-yə icraçı direktor təyin edilib. 

“Sumqayıt Texnologiyalar Parkı” MMC-dən verilən məlumata görə, hazırda sözügedən şirkətdə işlər daha da sürətlənib. 

Qaynarinfo.Az