Siyasət 15:01 22.08.2014

Fərhad Mehdiyevə BMT-də vəzifə verildi

Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev BMT-də yeni vəzifəyə təyin olunub. 

Qaynar.info xəbər verir ki, Fərhad Mehdiyev bunu Aktual.az-a təsdiqləyib. 

O bildirib ki, BMT-nin Orta Asiya ölkələri üzrə xüsusi proqramı çərçivəsində hüquq müşaviri vəzifəsinə təyin olunub:

 "Missiyam oktyabrın 1-də başlasa da, sentyabrın 16-da Nyu-Yorka təlimlərə gedəcəm. Bizim işimiz Azərbaycanın və Əfqanıstanın da daxil olduğu Orta Asiya ölkələrinin qanunvericiliyinin BMT standartlarına uyğunluğunu araşdırıb, müvafiq dəyişiklilər təklifi verməkdən ibarət olacaq. Yəni bu ölkələrin qanunvericiliyini işləyəcəyik. Mən isə konkret olaraq Ümumdünya Ticarət Təşkilatı, Dünya Bankı kimi, müvafiq iqtisadi sahələr üzrə ekspert qismində çalışacam".  

Qeyd edək ki, Fərhad Mehdiyevlə 6 illik müqavilə imzalanıb. 

Qaynar.info